Müəllif: Tamara Mustafayeva, Banco.az
Sinqapurun Valyuta Təşkilatı (MAS) ardıcıl üçüncü iclasında da pul siyasətini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Sinqapur Ehtiyat Bankı (mərkəzi bank) bazar ertəsi günü 2024-cü ilin ilk rüblük pul siyasəti iclasında gözlənildiyi kimi uçot dərəcəsini dəyişməyib.
Sinqapurun Valyuta Təşkilatı Sinqapur dolları nominal effektiv məzənnəsi və ya S$NEER kimi tanınan məzənnə siyasəti diapazonunu saxlayacağını bildirib.
Mərkəzi Bankın bəyanatında deyilir:
“MAS qlobal və daxili iqtisadi irəliləyişləri yaxından izləyəcək və inflyasiya və artım risklərinə qarşı diqqətli olacaq”.
Bizi sosial şəbəkələrdən izləyin!!