Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya iqtisadiyyatında tənəzzül ilin ilk ayında daha da dərinləşib.
Banco.az xəbər verir ki, 2024-cü ilin ilk ayında həm istehsal, həm də xidmət sektorlarının daralma zonasında qalması ilə Almaniya iqtisadiyyatındakı tənəzzül daha da dərinləşib.
“S&P” Global tərəfindən hazırlanan HCOB (Hamburq Kommersiya Bankı) yanvar ayı üzrə aparıcı PMI məlumatları açıqlanıb.
Məlumatlara görə, ölkədə 2023-cü ilin dekabr ayında 47,4 punkt olan kompozit PMI yanvar ayında 47,1 punkta qədər azalıb.
Ardıcıl yeddinci aydır ki, sektorda artımı göstərən 50 puntluq səviyyədən aşağı olan kompozit PMI üçün bazar proqnozu onun 47,8 punkta yüksəlməsi istiqamətində idi.
Almaniyada xidmət sektoru PMI da yanvarda 49,3 punktdan 47,6 punta enərək son beş ayın ən aşağı səviyyəsinə düşüb. İstehsal sənayesi PMI sözügedən ayda 43,3 puntdan 45,4 punkta yüksəlsə də, hələ də daralma zonasında qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!