"Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 515 milyon manata çatıb | Banco.az

"Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 515 milyon manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Yapı Kredi Bank Azərbaycan"ın 2023-ci ildə xalis mənfəəti kəskin artaraq 12 milyon manatı ötüb. 

Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, "Yapı Kredi Bank"ın mənfəəti illik müqayisədə 10,4 dəfə artıb.

Maliyyə nəticələrinə əsasən, 2022-ci illə müqayisədə 2023-cü ildə bankın aktivlərinin həcmində 32 milyon 933 min manat və ya 7% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 515 milyon manat təşkil edib.

Bankın kredit və depozit portfeli də hesabat ili ərzində artım göstərib. 

Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 23% artıb və 292 milyon manat olub. Depozit portfeli isə ötən il 2,8 milyon manat artaraq 366 milyon 695 min manata yüksəlib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram