Microsoft-un kapitallaşması ilk dəfə olaraq 3 trilyon dolları ötüb | Banco.az

Microsoft-un kapitallaşması ilk dəfə olaraq 3 trilyon dolları ötüb

Müəllif:Mehin Qasımova/Banco.az

Microsoft Corp-un bazar dəyəri ilk dəfə olaraq 3 trilyon dolları ötüb.

Banco.az xəbər verir ki,bu barədə "Dow Jones Market Data” məlumat yayıb.

Mütəxəssislər qeyd edirlər ki, şirkətin səhmlərinin qiyməti 403,65 dollardan yuxarı olarsa, "Microsoft" 3 trilyon dollar dəyərində olacaq. Lakin sessiya zamanı onlar 404,72 dollara çatıb.

İndiyədək hərraclarda kapitallaşması 3 yuxarı trilyon dollardan yuxarı qalxan yeganə şirkət “Apple Inc.” olub.

MarketWatch qeyd edir ki, "Microsoft" 1986-cı ilin martında birjaya çıxıb və 1 trilyon dollarlıq bazar dəyərinə çatmaq üçün 8,351 seans, daha 1 trilyon dollar əlavə etmək üçün isə cəmi 543 seans tələb olundu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram