Azərbaycan BOKT-ları ötən ili mənfəətlə başa vurub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan BOKT-ları ötən ili mənfəətlə başa vurub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2023-cü ildə 75,8 milyon manat xalis mənfəət əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəəti illik müqayisədə 50,1 milyon manat və ya 2,9 dəfə artıb.

Məlumata görə, ötən ilin 31 dekabr tarixinə BOKT-ların aktivləri 758,5 milyon manat olub. Bu da illik müqayisədə 242,8 milyon manat və ya 47,1% çoxdur.

Hesabat ili ərzində BOKT-ların öhdəlikləri 45,1% artaraq 443,3 milyon manata, balans kapitalı isə 50,1% artaraq 315,2 milyon manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram