"Brent" markalı neft ucuzlaşıb | Banco.az

"Brent" markalı neft ucuzlaşıb

Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78,23 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışında olan səviyyədən 0,33 dollar (0,42%) aşağıdır. 

Banco.az xəbər verir ki,Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin fevral ayı üçün fyuçerslərinin qiyməti 0,25 dollar (0,34%) azalaraq 1 barelə görə 73,16 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri 0,67 dollar (0,9%) ucuzlaşaraq bir barel üçün 73,41 dollara çatıb.

Ötən həftə Brent 0,3%, WTI 1% bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram