İsrail dondurulmuş Fələstin vəsaitlərini Norveçə köçürəcək | Banco.az

İsrail dondurulmuş Fələstin vəsaitlərini Norveçə köçürəcək

Müəllif:Mehin Qasımova/Banco.az

İsrail Fələstinə göndərilən dondurulmuş vəsaiti qorunmaq üçün  Norveçə köçürəcək. 

Banco.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Belə ki, İsrail hər ay topladığı pulu Paris protokolu çərçivəsində Fələstin Administrasiyası (PA) adına köçürməyə qərar verib.

Nəşrin məlumatına görə, Osla yalnız Təl-Əvivin razılığı ilə PA-ya vəsait köçürə biləcək.

Haaretz-in İsrail hökumətindəki mənbəsi aydınlaşdırıb ki, Təl-Əvivin belə bir qərarı Fələstin Muxtariyyətinin rəhbərliyini toplanan vəsaitin yalnız bir hissəsini almağa razılaşmağa məcbur etməlidir.

Bundan əvvəl İsrailin hərbi-siyasi kabineti Fələstinin Qəzza zolağı üçün nəzərdə tutulan vəsaitlərinin dondurulması planını təsdiqləyib.Nazirlər Kabineti PA-nın Qəzza zolağına göndərilən pul köçürmələrinin dayandırılması barədə göstəriş verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram