Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 8 milyard 408 mln. manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5,5% çoxdur.
Qeyd edək ki, 2023-cü ilin 12 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!