"Rabitəbank"ın aktivləri 183 milyon manatdan çox artıb | Banco.az

"Rabitəbank"ın aktivləri 183 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan "Rabitəbank" 2023-cü ildə 13 milyon 61 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,8% və ya 1 milyon 880 min manat çoxdur.

2022-ci illə müqayisədə bankın aktivləri 2023-cü ilin dekabr ayının 31-i tarixinə 183 milyon 460 min manat və ya 19,2% artaraq 1 milyard 138 milyon 450 min manat təşkil edib.

Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 110,3 milyon manat (18%) artaraq 721,2 milyon manata yüksəlib. 

IV rübdə bankın depozit portfeli isə 753,8 milyon manat olub ki, bu da 2022-ci ilə nisbətən 146 milyon 820 min manat və ya 24,2% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram