PAŞA Sığorta kiçik və orta biznes sahibkarlarına özəl yeni daşınar əmlak sığortası məhsulunu təqdim edir | Banco.az

PAŞA Sığorta kiçik və orta biznes sahibkarlarına özəl yeni daşınar əmlak sığortası məhsulunu təqdim edir

PAŞA Sığortanın genişlənən məhsul portfoliosuna daha bir məhsul əlavə edildi. “Nümunəvi sahibkar” adlı bu daşınar əmlak sığortası məhsulu kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub.

Məhsul biznes sahiblərinin daşınar əmlakını yanğın, ildırım, partlayış, təbii fəlakətlər, oğurluq və s. kimi risklərdən təminat altına alır. Hər biznesə fayda qatmaq üçün 3 paket daxilində təqdim edilən məhsulun illik sığorta haqqı 199 AZN-dən başlayır.

“Nümunəvi sahibkar” daşınar əmlak sığortasını əldə etmək, həmçinin məhsul barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya cutt.ly/VwKIugMz keçidi ilə onlayn müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et