Müəllif:Mehin Qasımova/Banco.az
İsrail süni mal ətinin satışına icazə verən ilk ölkə olub.
Banco.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi dünyada ilk olaraq mal əti hüceyrələrindən yetişdirilən süni ətin satışını təsdiqləyib.
Departament qeyd edib ki, “Aleph Pharms” məhsulunun tədqiqi alternativ zülalın sınaqdan keçirilməsi üçün pilot layihə çərçivəsində aparılıb. Yetişdirilmiş ət bütün lazımi sınaqlardan keçib.
Qeyd edək ki, 2023-cü ilin aprelində laboratoriya şəraitində süni ət istehsalı üzrə ixtisaslaşan İsrailin “Stakeholder Foods” şirkəti dünyada ilk dəfə olaraq 3D çap texnologiyasından istifadə edərək balıq ətinin analoqunu yaratdı. İsrailin baş naziri Benyamin Netanyahu şirkətin istehsalına səfəri zamanı İsraili alternativ zülal sahəsində araşdırma və biznes sahəsində dünya lideri adlandırıb və ölkənin bu cür məhsulların istehsalı üçün yeni icazələr alacağını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!