Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağının alınmasına 3 milyard 63 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci illə müqayisədə 8,1% çoxdur.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağının alınmasına 2 milyard 768 milyon manat xərclənib.
Bizi sosial şəbəkələrdən izləyin!!