Azərbaycanda yerli avtomobil istehsalında vəziyyət – STATİSTİKA | Banco.az

Azərbaycanda yerli avtomobil istehsalında vəziyyət – STATİSTİKA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ildə Azərbaycanda 3738 ədəd minik avtomobili istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, minik avtomobilinin istehsalı 2023-cü ildə 2022-ci illə müqayisədə 82,4% artıb.

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 376 ədəd minik avtomobili istehsal edilisə də, bir yanvar 2024-cü il tarixinə qədər hazır məhsul ehtiyatı 17 ədəd təşkil edib.

Statistikaya əsasən, 2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 2023-cü ildə 742 ədəd və ya 45,4% artıb. 2022-ci ilin yanvar-okyabr aylarında bu göstərici 1 634 ədəd təşkil edib. 2023-cü ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 485 ədəd təşkil edib. Bu göstərici də 2022-ci ilin  müvafiq dövrü ilə müqayisədə 368 ədəd  yaxud 4,1 dəfə artıb. 

2023-cü ilin 10 ayı ərzində isə 307 ədəd yük avtomobili istehsal edilib ki, bu da illik müqayisədə 12,5% çoxdur. Ümumilikdə 2023-cü ildə Azərbaycanda 799 ədəd yük avtomobili yığılıb ki, bu da 2022-ci illə müqayisədə 88,4% artım deməkdir.

Qeyd edək ki, son iyirimi ildə ölkədə avtomobil istehsalında edilən ilk cəhd Gəncə avtomobil zavodunda “OKA” markalı azlitrajlı minik avtomobillərinin istehsalına başlamaq olub.

Hazırda Azərbaycanda avtomobillər Nefçala, Naxçıvan, Gəncə və Hacıqabulda olan zavodlarda istehsal olunur.  Ekspertlər hesab edir ki, yerli avtomobillərin ehtiyat hissələri də xaricdən alınmamalı, yerli istehsal olmalıdır.

Avtomobil zavodlarımız istehsaldan daha çox yığma qurum olduğunu bildirən mütəxəssislərin qənaətinə görə, xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaşlarımız eyni qiymətə olan yerli istehsaldan daha çox xarici istehsala üstünlük verirlər.

Problemdən çıxış yolu isə, dövlət müəssisələri və vətəndaşlar bu avtomobillərin alıcılarına çevrilmələri ilə həll edilə bilər.

Məlumat üçün bildirək ki, 12 ildir ki, Azərbaycanın Naxçıvan şəhərində  “Lifan”, “FAW”, “Changan”, Neftçala zavodunda isə “Khazar”, “AzSamand” və “Peugeot” markalı avtomobillər istehsal olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram