Apple-dan 13 ildən sonra ilk: Samsung-u taxtdan saldı | Banco.az

Apple-dan 13 ildən sonra ilk: Samsung-u taxtdan saldı

Müəllif:Mehin Qasımova/Banco.az

Bazar araşdırması şirkəti IDC-nin məlumatlarına görə, "Apple" 2023-cü ildə dünyanın ən böyük smartfon istehsalçısı olaraq Samsung-u keçib. 

Banco.az xəbər verir ki, "Apple" 2010-cu ildən bəri ilk dəfə smartfon satışında Samsung-u ötüb. Sözügedən dövrdə smartfon bazarı 3,2% azalaraq 1,17 milyard ədədə düşüb. 

"Samsung" sərfəli büdcəli modellərdən tutmuş bahalı premium qatlana bilən modellərə qədər onlarla smartfon satır. Bu müxtəliflik və qiymət diapazonu sayəsində "Samsung" 2010-cu ildən bəri hər il ən yüksək bazar payına malik istehsalçı olub. Lakin 2023-cü ildə vəziyyət dəyişdi. "Apple" qlobal smartfon satışlarında bazar payına görə  Samsung-u qabaqlayıb.Şirkət tədarükləri 226,3 milyon ədəddən 234,6 milyon ədədə qədər artırıb."Apple" 20,1 faiz, "Samsung"  19,4 faiz, "Xiaomi"  isə 12,5 faiz bazar payına sahib olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram