ARDNF-nin aktivləri 14%-dən çox artıb | Banco.az

ARDNF-nin aktivləri 14%-dən çox artıb

2023-cü ilin sonuna ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 14.3% (və ya 7 milyard ABŞ dolları) artaraq 56 069,7 milyon ABŞ dolları təşkil etedib.

Banco.az Fonda istinadən xəbər verir ki, hesabat ili ərzində ARDNF-nin büdcəsi 9 829 milyon manat həcmində profisit ilə icra olunub.

2023-cü il ərzində ARDNF-nin büdcə gəlirləri 21 661,9 milyon manat, büdcə xərcləri isə 11 832,6 milyon manat təşkil edib.

Ötən il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 324,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 14 519,0 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 337,8 milyon manat təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram