Azərbaycanda orta aylıq nominal əmək haqqı 923 manatı ötüb | Banco.az

Azərbaycanda orta aylıq nominal əmək haqqı 923 manatı ötüb

2023-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1732,6 min nəfər olub, onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Banco.az xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et