Müəllif:Mehin Qasımova/Banco.az
"Citigroup" maliyyə korporasiyası itkilərə görə işçi qüvvəsinin təxminən 10%-ni təşkil edən ən azı 20 min əməkdaşını ixtisar etmək niyyətində olduğunu açıqlayıb.
Banco.az xəbər verir ki, bu barədə cümə günü Financial Times məlumat yayıb .
Məlumata görə,2023-cü ilin dördüncü rübü konqlomerat üçün 2009-cu ilin sonundan bəri ən pis dövr olub - 1,8 milyard dollar zərər.
Belə ki, "Citigroup" Rusiyada fəaliyyətini dayandırması və Argentina pesosunun devalvasiyası səbəbindən də böyük maliyyə itkiləri ilə üzləşib.
Restrukturizasiyanın bir hissəsi olaraq ləğv ediləcək iş yerlərinə əlavə olaraq, "Citigroup" Meksika və digər ölkələrdəki istehlak bankçılığı biznesindən planlı şəkildə çıxmaqla daha 40,000 işçini ixtisar etmək niyyətindədir.
2022-ci ilin mart ayında "Citigroup" Rusiyadakı mövcudluğunu tədricən dayandırdığını və ölkədəki pərakəndə bankçılıq biznesini və Rusiyadakı KOM biznesini dayandırmağı planlaşdırdığını elan etdi.
Bizi sosial şəbəkələrdən izləyin!!