Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Çin 2023-cü ildə xaricə avtomobil tədarükünü 63,7% artıraraq 4,1 milyon avtomobilə çatdırıb.
Banco.az xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumat verib.
Assosasiya qeyd edir ki, ölkə Yaponiyanı ötərək dünyanın ən böyük avtomobil ixracatçısı ola bilər.
Yaponiya yanvar-noyabr aylarında xarici bazarlara 3,6 milyon avtomobil göndərib. Çinin daxili avtomobil bazarı 2023-cü ildə 4,2% artaraq 21,9 milyon avtomobilə çatıb.
Bu müddətdə Rusiya Çin üçün ən vacib xarici bazara çevrilib. Ötən ilin 11 ayı ərzində Çin Rusiyaya yük maşınları və avtobuslar da daxil olmaqla 840 min avtomobil tədarük edib.
Çinli gəmiqayırma şirkəti “CIMC Raffles Group” elan edib ki, həftənin əvvəlində ölkənin ilk yerli istehsalı olan nəqliyyat daşıyan gəmisi təhvil verilib. 7 minə qədər avtomobil daşıya bilən gəmi “BYD Co” tərəfindən icarəyə götürülüb. Gəminin ilk səyahəti Avropaya nəzərdə tutulur.
Bizi sosial şəbəkələrdən izləyin!!