"Amazon" yüzlərlə işçisini işdən çıxarır | Banco.az

"Amazon" yüzlərlə işçisini işdən çıxarır

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ-ın pərakəndə satış nəhəngi Amazon-un Prime Video və Amazon MGM Studios bölmələrində yüzlərlə işçini ixtisar edəcəyi bildirilir.

Banco.az xəbər verir ki,Amazondan əldə edilən məlumata görə, Prime Video və Amazon MGM Studios-un baş vitse-prezidenti Mike Hopkins işçilərinə göndərdiyi qeyddə şirkətin uzunmüddətli vizyonu istiqamətində atılan addımlardan bəhs edib.

Bununla belə, sektorun sürətlə inkişaf etməyə davam etdiyinə diqqət çəkən Hopkins, uzunmüddətli müvəffəqiyyət üçün investisiyalara üstünlük verilməsinin əhəmiyyətinə diqqət çəkib.

İnvestisiyaları artırarkən, müəyyən sahələrdə investisiyaları azaltmaq və ya dayandırmaq imkanlarını da müəyyənləşdirdiklərini ifadə edən Hopkins, bu qərarlar nəticəsində Prime Video və Amazon MGM Studios təşkilatında yüzlərlə işçinin işinə son veriləcəyini qeyd edib.

Bunun çətin bir qərar olduğunu vurğulayan Hopkins, ixtisarlardan təsirlənənlərlə bu gün əlaqə saxlamağa başlayacaqlarını bildirib.

Hopkins, işdən çıxarılanlara müxtəlif xüsusi dəstəklərdən ibarət paketlər təqdim edəcəklərini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram