"Google" yüzlərlə mütəxəssisini işdən çıxaracaq | Banco.az

"Google" yüzlərlə mütəxəssisini işdən çıxaracaq

Müəllif:Mehin Qasımova/Banco.az

Amerikanın "Google" şirkəti xərcləri azaltmaq üçün əlavə reallıq və aparat inkişafı sahələrində yüzlərlə mütəxəssisi işdən çıxaracaq.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

"2023-cü ilin ikinci yarısında komandalarımızın tərkibində onların işinin səmərəliliyini artırmaq, həmçinin resursların şirkətin prioritetlərinə uyğun olaraq bölüşdürülməsini təmin etmək üçün bir sıra dəyişikliklər edilib", - deyə şirkətin nümayəndəsi bildirib.

Həmçinin qeyd edilib ki, komandalarda kadr dəyişiklikləri davam edəcək, o cümlədən bəzi vəzifələrin ixtisarı da gözlənilir.

Bloomberg mənbələrinə görə, ixtisarlar "Google Assistant" səsli köməkçisi, əlavə reallıq avadanlığı və digər avadanlıqların tərtibatçılarına təsir edəcək.

Öz növbəsində,Alphabet işçilərinin birliyi (Google-a məxsusdur) X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edilmiş bəyanatda korporasiyanın iş yerlərini ixtisar etmək planlarını tənqid edib:

"Həmkarlarımız istifadəçilər üçün yüksək keyfiyyətli məhsullar yaratmaq üçün hər gün çox çalışırlar. Şirkət hər rüb milyardlarla qazanc əldə etməklə yanaşı, işçilərini ixtisar etməyə davam edə bilməz".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram