Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2023-cü ildə Fransada 55,5 min müəssisə bağlanıb.
Banco.az xəbər verir ki, bu barədə Fransa Bankı məlumat yayıb. Qeyd olunan göstəricilərə əsasən enerji xərcləri, həmçinin faiz dərəcələrinin artması təsir göstərib. Bu da nəticədə daha yüksək maliyyə xərcləri ehtiyacı yaradıb.
Bildirilib ki, iflasların əsas hissəsi - 43%-i ticarət və tikinti şirkətlərində, əsasən də kiçik müəssisələrdə baş verib. Bununla belə, 2023-cü ildə bir çox iri şirkətlər də fəaliyyətini dayandırıb:
Bu əvvəlki onillikdəki orta göstəricidən 72% çoxdur.
Fransa Bankının hesabatında deyilir ki, COVID-19 pandemiyası zamanı ölkədə dövlət dəstəyi sayəsində iflasların sayı nəzərəçarpacaq dərəcədə azalıb, lakin sonra bu göstərici yenidən artmağa başlayıb.
2000-2009-cu illər arasında Fransada hər il orta hesabla 49 min, 2010-2019-cu illərdə isə təxminən 59 min müəssisə iflas edib.
Xatırladaq ki, yanvarın 3-də Fransa, ölkə iqtisadiyyatını xilas etmək üçün Rusiyaya qarşı sanksiyaların götürülməsi barədə açıqlamalar verdi.
Bizi sosial şəbəkələrdən izləyin!!