Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünyanın ən qabaqcıl texnoloji tədbiri olan “CES” 9 yanvar tarixində qapılarını ziyarətçilərin üzünə açacaq.
Banco.az xəbər verir ki, dünyanın ən böyük İstehlak Elektronikası Sərgisinin (CES) bu ilki əsas mövzusu süni intellektdir.
Yanvarın 9-dan 12-dək ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək sərgidə 150 ölkədən 4 mindən çox şirkət iştirak edir.
Bu il sayca 54-cüsü keçiriləcək tədbirin əsas mövzuları isə süni intellekt, avtonom nəqliyyat vasitələri, süni intellektə əsaslanan ağıllı ev sistemləri, kosmik texnologiyalar, oyun sənayesi, sağlamlıq üçün texnologiya, kosmetika dünyasında yeni nəsil texnologiyalar, əczaçılıq sənayesində süni intellekt tətbiqləri, davamlılıq üçün texnologiya və kibertəhlükəsizlikdir.
Sərgidə iştirak edən bəzi qlobal şirkətlər arasında “Abbot”, “Accenture”, “Caterpillar”, “LG”, “Mercedes Benz”, “BMW”, “Honda”, “Loreal”, “Sony”, “Lenovo”, “NVDIA”, “IBM”, “Samsung”, “Sony”, “Panasonic”, “Hyundai”, “Google”, “Amazon”, “KIA”, “Qualcom”un adları çəkilir.
Bizi sosial şəbəkələrdən izləyin!!