Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana ötən ilin yanvar-noyabr aylarında 1 milyard 978 milyon 667 min dollarlıq yeyinti məhsulları idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5% və ya 29 milyon 475 min dollar artıb.
Məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında idxal edilən yeyinti məhsullarının dəyəri 2,1 milyard dollar olub.
Qeyd edək ki, 2023-cü ilin 11 aylıq dövründə idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 12,51% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!