"Toyota" istehsalını dayandırıb | Banco.az

"Toyota" istehsalını dayandırıb

Müəllif:Mehin Qasımova/Banco.az

"Toyota" Yaponiyada zəlzələlər səbəbindən istehsalını dayandırıb.

Banco.az xəbər verir ki, bu barədə jurnalistlərə şirkətin prezidenti Koji Sato məlumat verib.

Sato vurğulayıb ki, şirkət həftənin sonuna kimi istehsalın başlanması vaxtını müəyyən etməyi planlaşdırır. Onun sözlərinə görə, bir çox komponent təchizatçıları hazırda ölkənin mərkəzi hissəsində baş verən zəlzələlərin nəticələrinə görə tam fəaliyyət göstərə bilmir.

İlkin olaraq yanvarın 8-də montaj zavodlarının işə salınması nəzərdə tutulsa da, təbii fəlakət səbəbindən şirkət bu planlardan imtina edilməli olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram