Dünyanın ən təhlükəsiz hava yolları | Banco.az

Dünyanın ən təhlükəsiz hava yolları

Müəllif:Mehin Qasımova/Banco.az

Dünyanın aparıcı hava yolları təhlükəsizliyi və məhsul qiymətləndirmə platforması olan "Airline Ratings" 2024-cü il üçün 25 ən təhlükəsiz hava yollarının siyahısını açıqlayıb. 

Platforma dünya üzrə 385 müxtəlif aviaşirkəti izləyərək siyahı yaradıb.

Ən təhlükəsiz 25 aviaşirkətin seçimi son beş ildə baş vermiş qəzaları, son iki ildə baş vermiş ciddi insidentləri, aviasiyanı tənzimləyən orqanlar və aparıcı təşkilatların yoxlamaları, dövlət yoxlamaları, donanma yaşı və ekipaj hazırlığını əhatə edən hərtərəfli təhlilə əsaslanır.

Banco.az həmin siyahını sizə təqdim edir:

1-Air New Zealand

2-Qantas

3-Virgin Australia

4-Etihad Airways

5-Qatar Airways

6-Emirates

7-All Nippon Airways

8-Finnair

9-Cathay Pacific Airways

10-Alaska Airlines

11-SAS

12-Korean Air

13-Singapore Airlines

14-EVA Air

15-British Airways

16-Türk Hava Yolları

17-TAP Air Portugal

18-Lufthansa/Swiss Group

19-KLM

20-Japan Airlines

21-Hawaiian Airlines

22-American Airlines

23-Air France

24-Air Canada Group

25-United Airlines