Müəllif:Mehin Qasımova/Banco.az
Daxili bazarda sabitliyi qorumaq üçün Rusiya hökuməti düyü ixracına qoyulan qadağanı 2024-cü il iyunun 30-dək uzadıb.
Banco.az xəbər verir ki, müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.
Qeyd olunub ki, ixrac qadağası Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, həmçinin Abxaziya və Cənubi Osetiyaya tədarükə şamil edilməyəcək. Həmçinin qeyd olunub ki, düyü humanitar yardım məqsədilə və beynəlxalq tranzit daşımaların bir hissəsi kimi xaricə ixrac oluna bilər.
Düyü ixracına müvəqqəti qadağa 2022-ci il iyulun 1-dən qüvvədədir və o vaxtdan bəri bir neçə dəfə uzadılıb. İxracın məhdudlaşdırılması ilə bağlı qərar Rusiya Federasiyasında düyünün təxminən 80%-nin istehsal edildiyi Kubandakı Fedorovski SES-də baş vermiş qəzadan sonra qəbul edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!