Müəllif: Gülnar Əhmədli, Banco.az
"İxrac icmalı"nın dekabr sayında qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-noyabr aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət ixracatçı (özəl) subyektlərin reytinqi tərtib edilib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu bu dəfə də 1-ci olub.
Belə ki, o, bu dövrdə 117.8 milyon dollarlıq ixrac həyata keçirib. Bu da illik müqayisədə 76.3 milyon dollar (2.8 dəfə) çoxdur. Ötən ay da o, bu siyahıda 98.4 milyon dollarlıq ixracla 1-ci olub.
Bizi sosial şəbəkələrdən izləyin!!