Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə bu ilin yanvar-noyabr aylarında 47 milyon 642 min manat sığorta haqqı yığıblar.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 973 min manat və ya 23.2% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 3.1 milyon manat və ya 20.1% artaraq 18.3 milyon manata çatıb. Ötən ilin eyni dövründə bu növ üzrə yığımların məbləği 38.7 milyon manat, ödənişlərin məbləği isə 15.2 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!