Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə qərar qəbul edəcək.
Banco.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
Qeyd edilib ki, qərarlar aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:
31 yanvar
28 mart
1 may
21 iyun
31 iyul
18 sentyabr
30 oktyabr
18 dekabr
Qeyd olunan tarixlərdən 31 yanvar, 1 may, 31 iyul və 30 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!