Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan cari ilin yanvar-noyabr aylarında Rusiyaya 1,1 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 183 milyon 890 min dollar və ya 22,4% çoxdur.
Ötən ilin eyni dövründə Rusiyaya ixrac edilən qeyri-neft məhsullarının dəyəri 819 milyon 961 min dollar təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən böyük qeyri-neft idxalçısı Rusiya olub. 2022-ci ilin ilk 11 ayında da Rusiya Azərbaycanın əsas qeyri-neft idxalçısı idi.
Bizi sosial şəbəkələrdən izləyin!!