Azərbaycanda geyim istehsalı azalıb | Banco.az

Azərbaycanda geyim istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında geyim istehsalı azalıb. Belə ki, cari ilin 11 ayında ölkədə 97,5 milyon manat dəyərində geyim istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 13.3% azalma müşahidə olunub.

Qeyd edək ki, 11 ayda ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 449,1 milyon manat dəyərində məhsul istehsal edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et