Sinqapurun inflyasiya səviyyəsi tələbdə azalmanı göstərir | Banco.az

Sinqapurun inflyasiya səviyyəsi tələbdə azalmanı göstərir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sinqapurun ötən ay üzrə baza inflyasiya səviyyəsi tələbin azaldığını göstərir.

Banco.az xəbər verir ki, Sinqapurda baza inflyasiyanın artım tempi noyabr ayında sürətini itirib ki, bu da Mərkəzi Banka iqtisadiyyatı dəstəkləmək üçün gələn ay pul-kredit siyasəti fasiləsini uzatmaq imkanı verir.

Rəsmi məlumatlar ölkədə baza inflyasiyanın bir il əvvələ nisbətən 3,2% sürətləndiyini göstərib ki, bu da istehlakçı tələbinin azaldığına işarədir. Oktyabrda isə bu göstərici 3.3% faiz təşkil edirdi.

Qeyd edək ki, “Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların proqnozu da məhz bu istiqamətdə idi.

Bildirilib ki, inflyasiyanın sözügedən dövrdə sürət itirməsinə pərakəndə və digər mallar, ərzaq, həmçinin elektrik enerjisi və təbii qazın qiymətindəki ucuzlaşmalar təsir edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et