Müəllif:Mehin Qasımova/Banco.az
ABŞ-ın çip istehsalçısı "Nvidia" İsrail xeyriyyə təşkilatlarına ianə edib.
Banco.az xəbər verir ki,müharibədən zərər çəkənlər üçün təşkil ediləcəyi bildirilən kampaniyada əlaqədar təşkilatlara 15 milyon dollar yardım edilib.
“Reuters”in məlumatına görə, ianənin şirkətin 30 illik tarixində ən böyük humanitar yardım kampaniyası olduğu qeyd edilib.
Nvidia-nın müavini Gideon Rosenberg qeyd edib ki, İsraildə və dünyada Nvidia ailələrinin belə geniş dəstəyini görməkdən qürur duyuruq:
"Onlar həmkarımız Avinatan Or və Həmas əsirliyində olan digər girovların qaytarılması üçün dua və ümid etdiklərinə görə minnətdarıq".
Bizi sosial şəbəkələrdən izləyin!!