Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ilin bazar dəyəri baxımından ən dəyərli şirkətlərinin adları bəlli olub.
Banco.az xəbər verir ki, 2023-cü ildə bazar dəyəri 2,974 trilyon dollar olan “Apple” siyahıya rəhbərlik edir.
Gəlin siyahının digər adları ilə tanış olaq:
1 Apple (2,97 trilyon dollar)
“iPhone”, “iPad” və “Mac” kimi məhsullarla tanınan şirkət innovasiyalara sadiqliyi və yüksək keyfiyyətli dizaynı ilə istehlakçıların sevimlisinə çevrilir.
2 Microsoft (2,78 trilyon dollar)
“Microsoft” korporasiyası “Windows” əməliyyat sistemi və “Office” proqram paketi ilə seçilir.
3. Saudi Aramco (2,12 trilyon dollar)
“Saudi Aramco” neft-qaz sektorunda fəaliyyət göstərir. Hazırda siyahıda üçüncü yeri tutan şirkət Səudiyyə Ərəbistanı iqtisadiyyatının ürəyi hesab edilir.
4. Alphabet (1,78 trilyon dollar)
“Google”un ana şirkəti Alphabet axtarış brauzerləri, onlayn reklam texnologiyaları və bulud hesablamalarını əhatə edən geniş portfelə malikdir.
5. Amazon (1,59 trilyon dollar)
“Amazon”, şübhəsiz ki, dünyanın ən böyük elektron ticarət şirkətlərindən biridir. Geniş məhsul təklifləri və onlayn pərakəndə satış üstünlüyü “Amazon”a bazar kapitallaşması baxımından ən yaxşı şirkətlər arasında yer almağa kömək edir.
6. Nvidia (1,21 trilyon dollar)
“Nvidia” 2023-cü ilin birinci rübündəki mənfəəti ilə sənayedəki müasirlərinin əksəriyyətini üstələyərək son zamanlarda geniş populyarlıq qazanıb. Şirkət generativ süni intellekt planlarının tərkib hissəsi olan diskret GPU-lar istehsal edir.
7. Meta (908,16 milyard dollar)
Mark Zukerberqin “Meta” şirkəti “Facebook”, “Instagram”, “WhatsApp” və “Oculus Metaverse” daxil olmaqla bir çox sosial platformalara ev sahibliyi edir.
8. Berkshire Hathaway (777,58 milyard dollar)
1839-cu ildən fəaliyyət göstərən şirkət köklü investisiya şirkətidir. Bir çox biznesə sahib olan şirkət yüksək bazar dəyəri ilə bu siyahıdadır.
9. Tesla (791,33 milyard dollar)
Avtomobil və enerji şirkəti olan “Tesla” elektrik avtomobilləri və təmiz enerji məhsulları ilə tanınır. “Tesla”nın dayanıqlı enerji həllərinə sadiqliyi və avtomobil dizaynına innovativ yanaşması onu öz sənayesində lider edib.
10. Eli Lilly (541,48 milyard dollar)
“Eli Lilly” 1876-cı ildə polkovnik Eli Lilli tərəfindən qurulan Amerika əczaçılıq şirkətidir. Şirkətin 18 ölkədə nümayəndəlikləri var və məhsulları təxminən 125 ölkədə satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!