Müəllif:Mehin Qasımova/Banco.az
Dünya üzrə viza məlumatları ilə bağlı xəbərlər təqdim edən "VisaGuide World" saytında dərc olunan yeni indeksə əsasən, İspaniya Sinqapuru qabaqlayaraq, dünyanın ən güclü pasportlarına malik ölkələr arasında birinci yerdə qərarlaşıb.
Banco.az xəbər verir ki, VisaGuide World-ün reytinqinə əsasən, Asiyanın aparıcı zəngin ölkələrindən biri olan Yaponiya ən güclü pasportlara malik ölkələr arasında 15-ci yerdə qərarlaşıb və Avropadan kənarda ilk 20-liyə daxil olan yeganə ölkə olub.
Son indeksə görə Almaniya, İtaliya, Fransa, Hollandiya, Finlandiya, İsveç, Norveç, Danimarka, Çexiya, Portuqaliya, Macarıstan və Lüksemburq üçüncü yerdədir. Avstriya 16-cı yerdə , ilk 20-likdə isə İsveçrə, Belçika, İrlandiya və Polşa yer alıb.
Qeyd edək ki, “Henley Pasport İndeksi”, həm də rüblük yenilənən “VisaGuide Dünya Pasport İndeksi” pasport sahiblərinin vizasız gedə biləcəyi istiqamətlərin sayını araşdırır.
VisaGuide World isə digər amilləri nəzərə alaraq hər bir səyahət istiqaməti üçün "təyinat əhəmiyyəti balı" yaradır. Ölkənin ÜDM-i onun qlobal gücü və turizmin inkişafı üçün mühüm meyar hesab edilir.
Buna görə, bir ölkənin sözügedən pasporta tətbiq etdiyi giriş siyasətinə əlavə olaraq, vizasız keçid, ETA, gəliş vizası, e-viza, səfirlik tərəfindən təsdiqlənmiş viza, pasportsuz səyahət, ölkənin böyümə sürəti, qlobal güc və turizmin inkişafı da mühüm meyarlar hesab edilir.
Müvafiq olaraq, 2023-cü ilin dekabr ayından etibarən İspaniya pasportu sahibləri 160 ölkə və bölgəyə vizasız səyahət etmək hüququna malikdir.
Sinqapur pasportu sahibləri 164 ölkəni ziyarət edə bilsələr də, İspaniya bu siyahıda daha çox seçilir. Çünki Avropa İttifaqı daxilində yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilir.
Bizi sosial şəbəkələrdən izləyin!!