Türkiyə 11 ay ərzində 52 milyondan çox ziyarətçi qəbul edib | Banco.az

Türkiyə 11 ay ərzində 52 milyondan çox ziyarətçi qəbul edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyəyə cari ilin 11 ayı boyunca 52 milyondan çox ziyarətçi səfər edib.

Banco.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 11 aylıq ölkə sərhədinə giriş-çıxış statistikasının təfərrüatlarını açıqlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında 52 milyon 742 min 526 ziyarətçi qəbul edib.

Bu ziyarətçilərin 46 milyon 725 min 424 nəfərini əcnəbilər, 6 milyon 17 min 102 nəfərini isə xaricdə yaşayan Türkiyə vətəndaşları təşkil edib.

Məlumatlar göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xarici ziyarətçilərin sayında 10,82 faiz artım müşahidə olunub. 11 ay ərzində Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında Rusiya Federasiyası əvvəlki ilin eyni dövrünə görə 23,02 faiz artım və 6 milyon 83 min 696 ziyarətçi ilə birinci yerdədir.

İkinci yerdə Almaniya, üçüncü yerdə İngiltərə qərarlaşıb ki, bu ölkələri Bolqarıstan və İran izləyir.

Noyabr ayında isə Türkiyəyə gələn xarici ziyarətçilərin sayı 2 milyon 525 min 345 olaraq qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram