Müəllif: Gülnar Əhmədli, Banco.az
İtaliya bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 6 milyard 659 milyon dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 202,1 milyon dollar və ya 3,2% çoxdur.
Hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 21% artaraq 10,4 milyon tona yaxınlaşıb.
Qeyd edək ki, İtaliya həcmlərinə görə Azərbaycanın ən çox xam neft ixrac etdiyi ölkədir. İtaliya, həmçinin Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!