Dəmir yolu nəqliyyatı ilə sərnişin daşıma 40% artıb | Banco.az

Dəmir yolu nəqliyyatı ilə sərnişin daşıma 40% artıb

Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-noyabr aylarında 16,7 milyon ton yük, 6342,3 min sərnişin daşınmış, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,8 faiz azalma, sərnişin daşınmasında isə 39,9 faiz artım müşahidə olunmuşdur.

Banco.az xəbər verir ki, orta hesabla sutkada 366 vaqon yüklənmiş, 424 vaqon isə boşaldılmışdır.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,5 min ton, Qərb istiqaməti üzrə 2,7 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et