Azərbaycan əhalisinin nominal gəlirləri bu ilin yanvar-noyabr aylarında 70 milyard 223,5 milyon manat təşkil edib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.
Məlumata görə, son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6917,1 manat olub.
Qeyd edək ki, əhalinin sərəncamında qalan gəlirləri 62332,4 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!