"Zara" Fələstin tərəfdarları tərəfindən boykot edildiyi üçün yeni reklam kampaniyasını ləğv etdi | Banco.az

"Zara" Fələstin tərəfdarları tərəfindən boykot edildiyi üçün yeni reklam kampaniyasını ləğv etdi

Müəllif:Mehin Qasımova/Banco.az

"Zara" Fələstin tərəfdarları tərəfindən boykot edildiyi üçün yeni reklam kampaniyasını ləğv edib.

Baco.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Belə ki, "Zara" yeni kolleksiyası olan "The Jacket" üçün reklam kampaniyasını ləğv edib. Sosial media istifadəçiləri fotoşəkillərdə təsvir olunan manekenlərin Qəzza zolağında öldürülən insanların ağ kəfənli cəsədlərinə bənzədiyini bildiriblər. 

Şirkət  isə qeyd edib ki, reklam fotoları oktyabrda İsraillə - Fələstin  arasında hərbi münaqişə başlamazdan əvvəl çəkilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, şəkillər dərc olunduqdan  sonra Zara-nın "İnstaqram" hesabı boykot nəticəsində 150 ​​min izləyicisini itirib və şəbəkənin Kanadanın Monreal şəhərindəki mağazalarından biri hücuma məruz qalıb. 

Şirkət nümayəndələri anlaşılmazlığa görə təəssüfləndiklərini bildiriblər: 

 “Təəssüf ki, bəzi müştərilər bizdən inciyib. "Zara" anlaşılmazlığa görə təəssüflənir və hər kəsə dərin hörmətimizi bildiririk".

Ən sərfəli krediti almaq üçün müraciət et