Müəllif: Tamara Mustafayeva, Banco.az
“TikTok” istifadəçilərinin ümumilikdə 10 milyard dollardan çox pul xərclədiyi ilk qeyri-oyun tətbiqi olub.
Banco.az xəbər verir ki, “Data.ai” tərəfindən toplanan məlumatlara görə, 2021-ci ildə aylıq 1 milyard aktiv istifadəçiyə çatan məşhur qısa video paylaşma platforması “TikTok” “Apple App Store” və “Google Play”də ümumilikdə 10 milyard dollarlıq istehlak xərcləri yaradan ilk qeyri-oyun mobil tətbiqi olub.
“Data.ai” “TikTok” platformasınə 10 milyard dollarlıq mərhələyə aparan tətbiqdaxili xərclərin əksəriyyətini ABŞ istehlakçılarının və Çindəki iOS istifadəçilərinin təşkil etdiyini müəyyən edib ki, platformanın ümumi gəlirlərinin təkcə 60 faizi məhz bu iki bazarın payına düşür.
Bu bazarları Səudiyyə Ərəbistanı, Almaniya, Böyük Britaniya və Yaponiya kimi digər bazarlar izləyir.
Qeyd edək ki, aktiv istifadəçilərinin sayı müntəzəm olaraq artan “TikTok” son rəqəmlərə görə 1 milyarda çatıb. İstifadəçilərinin bu qədər aktiv olduğu tətbiqdə aktiv xərcləmə də var.
Bəs “TikTok”da xərcləmələr necə edilir?
İstifadəçilər tətbiqdə sikkələr alırlar. Bu sikkələr, arzu olunarsa, məzmun yaradıcılarına hədiyyələr göndərmək üçün istifadə olunur. Məzmun yaradıcıları isə topladıqları bu hədiyyə sikkələrini pula çevirə bilirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!