Brüssel kütləvi etirazlara hazırlaşır - Minlərlə avropalı yeni qənaət tədbirlərinə etiraz edəcək | Banco.az

Brüssel kütləvi etirazlara hazırlaşır - Minlərlə avropalı yeni qənaət tədbirlərinə etiraz edəcək

Müəllif:Mehin Qasımova/Banco.az

Minlərlə avropalı Avropa Birliyində yeni qənaət tədbirlərinə etiraz etmək üçün Brüssel küçələrinə çıxmağa hazırlaşır.

Banco.az xəbər verir ki, bu barədə Associated Press-in  yaydığı  məlumatda bildirilib. 

Agentliyin məlumatına görə, üzv ölkələrin maliyyə nazirləri bir neçə aydır ki, Aİ qaydalarının islahatı ilə bağlı danışıqlar aparırlar.

Qeyd edilir ki, “Sabitlik və İnkişaf Paktı” adlanan saziş böhrandan çıxmaq üçün tədbirlərə vəsait ayırmağa çalışan dövlətlərin imkanlarını xeyli məhdudlaşdıracaq və onları sərt qənaət etməyə başlamağa məcbur edəcək. Hələlik bu pakt Berlin və Paris arasındakı münasibətlərdəki çətinliklərə görə qəbul edilməyib.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının məlumatına görə, yeni qaydalar faktiki olaraq qüvvəyə minərsə, 14 üzv dövlət gələn il büdcələrindən ümumilikdə 45 milyard avro kəsmək məcburiyyətində qalacaqlar. Bu miqyasda azalmaların onlar üçün ölümcül ola biləcəyi qeyd edilir.

Bununla belə, konfederasiya xəbərdarlıq edib ki, yeni tədbirlərin tətbiqi iş yerlərinin itirilməsinə, maaşların aşağı düşməsinə, dövlət xidmətlərinin kəsilməsinə gətirib çıxaracaq və  Aİ üzv dövlətlərinin əksəriyyətini sosial və iqlim məqsədlərinə çatmaq üçün lazım olan investisiyaları edə bilməyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram