Avtomobillərin icbari sığortası bazarı 48%-dən çox böyüyüb | Banco.az

Avtomobillərin icbari sığortası bazarı 48%-dən çox böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 135 mln. 79 min manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 48.3% və ya 44 mln. manat çoxdur.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 11.3% və ya 8 mln. 373 min manat artaraq 81 mln. 912 min manata çatıb. 

Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayında bu növ sığorta üzrə yığımların məbləği 91 mln. 73 min manat, ödənişlərin məbləği isə 75 milyon 539 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram