Bank Respublika
Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssis (DBA)
Vakansiya haqqında məlumat:
Ümumi vəzifə öhdəlikləri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (orta);
- PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
- Oracle/PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
- Verilən bazalarının daxilində mövcud olan proqramlardan istifadə etmə bacarığı; (Backup/restore,export/import və s.)
- Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
- Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
- Proseslərin avtomatlaşdırılması üçün SQL sorğuların yazılması;
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 dekabr 2023-ci il tarixinədək email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssis (DBA) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə namizədliyinizə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.