Qlobal ərzaq qiymətləri ötən ay dəyişməyib | Banco.az

Qlobal ərzaq qiymətləri ötən ay dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətləri noyabr ayında dəyişməz olaraq qalıb.

Banco.az xəbər verir ki, ötən ay beynəlxalq taxıl qiymətlərindəki ucuzlaşma bitki yağının bahalaşması ilə kompensasiya edildiyi üçün ərzaq məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə eyni qalıb.

Belə ki, taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi noyabrda 120,4 punkt olub.

Məlumat üçün qeyd edək ki, qlobal ərzaq qiymətləri indeksi ötən ilin noyabrında müşahidə edilən səviyyədən 10,7 faiz aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et