Azərbaycanda kompüter istehsalı 3 dəfəyədək artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda kompüter istehsalı 3 dəfəyədək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 195,9 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 65%, elektrik avadanlıqlarının istehsalı isə 7,8% artıb. 

Bu ilin 10 ayında 3 619 ədəd stolüstü kompüter (2,6 dəfə çox), 339 min ədəd ölçmə cihazları, 498 ədəd güc transformatorları, 5 253 ədəd elektrik tənzimləyici cihazları, 8 min 46,2 ton digər elektrik naqilləri, 794 məişət soyuducuları və dondurucuları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram