Müəllif: Tamara Mustafayeva, Banco.az
"Standard & Poor's" Türkiyənin kredit reytinqi proqnozunu müsbətə dəyişib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi təşkilatı “Standard & Poor's” (S&P) onlayn olaraq "İnkişaf etməkdə olan Bazarların Görünüşü: Türkiyə 2024 Görünüşü" adlı iclas keçirib.
Agentliyin Avropa, Yaxın Şərq, Afrika (EMEA) Ölkə Reytinqlər Direktoru Frank Gill Türkiyənin kredit reytinqi proqnozunun "müsbət"ə yüksəldildiyini açıqlayıb.
Proqnozun artırılmasına son dövrlərdə Türkiyə iqtisadiyyatının yenidən tarazlaşdığını göstərən əlamətlərin çoxalması təsir edib.
“Türkiyənin kredit reytinqini “B” səviyyəsində saxlayarkən, reytinqin proqnozunu “müstəb”ə dəyişmişik”, deyə Frank Gill bəyan edib.
Türkiyə iqtisadiyyatının ümumi vəziyyətini də qiymətləndirən Gill bunları deyib:
“Bizim əsas ssenarimiz Türkiyə iqtisadiyyatının yumşaq enişdən faydalanmasıdır.”
Bizi sosial şəbəkələrdən izləyin!!