"Venesuela neft ticarəti qeyri-qanuni sektordan rəsmi sektora keçir" | Banco.az

"Venesuela neft ticarəti qeyri-qanuni sektordan rəsmi sektora keçir"

Müəllif:Mehin Qasımova/Banco.az

Əvvəllər qeyri-qanuni hesab edilən Venesuela neftinin ticarəti ABŞ-ın sanksiyalarının yumşaldılmasından sonra rəsmi sektora qayıdır. 

Banco.az xəbər verir ki, bunu  ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols deyib.

"Tarixən ABŞ Venesuelanın enerji sektorunda ən böyük tərəfdaşıdır. Məhdudiyyətlər dövründə sanksiyalardan yayınma neft hasilatının əsasən ÇXR, eləcə də digər ölkələrlə qeyri-qanuni ticarət obyektinə çevrilməsinə səbəb olub. İndi biz görürük ki, qeyri-qanuni ticarət  uzun illərdən sonra rəsmi sektora qayıdır. Bu da müsbət amildir”, - deyə  diplomat bildirib.

Onun sözlərinə görə, indiki vəziyyət Venesuela xalqı üçün daha yaxşıdır:

"Çünki neftin qara bazarda  qiyməti 30-35% ucuzlaşıb.Və bu, biz istehlakçılar üçün yaxşıdır, çünki biz neft və ehtiyacımız olan digər məhsulları bazarlarımıza daxil edirik".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et