Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını istifadəyə verib | Banco.az

Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını istifadəyə verib

Müəllif:Mehin Qasımova/Banco.az

Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.

Banco.az xəbər verir ki,  bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.

Onun sözlərinə görə, yüksək temperaturlu qazla soyudulan reaktora (HGR) malik Şidaowan qurğusu şərq Şandun əyalətində yerləşir. 

Məlumata görə, AES 168 saat fasiləsiz sınaq rejimində işləyir və rəsmi olaraq kommersiya istismarına verilib.

"Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir", - idarənin saytında dərc olunan bəyanatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, VGR-nin ən mühüm üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir və buna görə də belə atom elektrik stansiyalarının geniş perspektivləri var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et