Tokioda inflyasiyanın sürəti zəifləyib | Banco.az

Tokioda inflyasiyanın sürəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tokioda inflyasiya 2022-ci ilin iyulundan bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda başlıq inflyasiya nisbəti noyabr ayında 2,6 faiz artaraq 2022-ci ilin iyulundan bəri ən yavaş templə davam edib.

Xatırladaq ki, paytaxtın inflyasiya səviyyəsi yanvar ayındakı pik həddən əhəmiyyətli dərəcədə aşağıya doğru meyl etdikdən sonra oktyabrda 3,3 faizə yüksəlmişdi.

Təzə ərzaq qiymətləri nəzərə alınmayan əsas inflyasiya oktyabrdakı 2,7 faizdən geriləyərək 2,3 faiz təşkil edib. Ekspertlər bu göstəricinin 2,4 faiz olacağını proqnozlaşdırmışdılar.

Həm təzə ərzaq, həm də yanacaq qiymətlərini nəzərə almayan və Yaponiya Mərkəzi Bankı tərəfindən izlənilən "baza" inflyasiya səviyyəsi isə oktyabrdakı 3,8 faizdən 3,6 faizə doğru bir qədər azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Tokionun inflyasiya məlumatları əsasən ümummilli tendensiyaların aparıcı göstəricisi hesab olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram